525.Az

Türklər erməniləri yox, ermənilər türkləri qətl edib


 

Türklər erməniləri yox, ermənilər türkləri qətl edib<b style="color:red"></b>

Son vaxtlar tez-tez Türkiyədə erməni soyqırımından yazırlar. Halbuki Türkiyədə hadisələr tərsinə cərəyan edib. Türkiyədə erməni soyqırımı yox, türk soyqırımı olub. Bu haqda bir neçə il əvvəl yazdığım məqaləni təkrar "Ədalət" qəzetinə təqdim edirəm.

Tarixi faktlara nəzər salaq. Ermənilər yazır ki, türklər Osmanlıda 500 min erməni qətl edib. Əslində isə o vaxtlar Türkiyədə 300 min erməni yaşayırdı. İnansaq ki, 500 min erməninin hamısı qətl edilib, bəs yerdə qalan 200 min ermənini hardan alaq. Bu bir, ikincisi əgər Türkiyədə ermənilərin yaşadığı sayda erməni qətl edilibsə, gərək Türkiyədə erməni qalmayaydı.

Türkiyədə Qafqazda türklər erməniləri yox, ermənilər türkləri qətl edib. Türklərin erməniləri qırdığını iddia edən ermənilər özləri Türkiyədə 500 min türkü qətl ediblər. Bu haqda türklər özləri yox, xarici müəlliflər yazmışlar, hətta bəzi həqiqətpərəst ermənilər bunu dilə gətirmişlər.

Ərzurum istehkam topçu alayının komandiri rus Tverdoxlebov yazır: "Bir müddət sonra ermənilərin türkləri qırdığı xəbəri gəldi. Qırğın doktor icraçısı tərəfindən törədilmişdir... Hər cür müdafiədən məhrum silahsız səkkiz yüz türk öldürülmüşdür. Böyük çuxurlar qazılmış, zavallı türklər bu çuxurların başına gətirilib, heyvan kimi boğazlanmış bu çuxurlara atılmışlar.  Ermənilərdən biri çuxura atılanları sayırmış: "Yetmişmi oldu? On adam da sığar, kəsin!" -deyincə əlavə on adam da kəsib, çuxura atıb, üstünü torpaqla örtərmişlər. İş icraçısı mühəndis şəxsən özü əylənmək üçün səksənə qədər zavallı adamı bir otağa doldurmuş bir qapıdan çıxmalarını əmr etmişdir. Onlar bir-bir qapıdan çıxarkən başlarını kəsmiş parçalayıb əzmişdir.

 Bu qırğın amansızcasına vəhşicəsinə törədilirdi.

İlıca qəsəbəsindən qaça bilməyən türklərin hamısının öldürüldüyünü, koruş baltalarla boyunlarının vurulduğunu, bir çox uşaq cəsədləri gördüyünü şəxsən Oadeşelidze (general - A.A) söylədi. İlıca qırğınından üç həftə sonra 11 martda (bazar ertəsi 1918-ci ildə) oradan dönən polkovnik Qryaznov kəndlərə gedən yollarda bədən üzvləri kəsilmiş, eybəcər şəklə salınmış cəsədlərə rast gəlib. Hər keçən erməni cəsədlərə tüpürər söyərmiş. 12-15 sajenlik bir məscidin izi həyəti dolusu iki arşın hündürlüyündə cənazə yığılıbmış. Bunların içində  müxtəlif yaşlı qadınlar, kişilər, çoluq-cocuq ixtiyar yaşlılar varmış. Qadın  cənazələrində zorlama, irzə keçmə izləri açıq-aydın seçilirmiş...

Erməni əsgəri hissələrində telefonçu işləyən erməni qızlarından bir neçəsini podpolkovnik Qryaznov məscidin həyətinə çağırmış ermənilərin mərifətinə baxıb, fəxr etmələrini ironiya ilə onlara acı-acı söyləmişdir. Axçilərin bu vəziyyəti gördükdə dilxor olacaqlarını düşünən, ancaq onların sevinə-sevinə güldüklərini heyrət qarışıq nifrətlə izləyən Qryaznov onlara hirslənmiş, ermənilərin, hətta qadınları olsa belə, ən alçaq vəhşi bir millət olduqlarına... təlim-təslim görmüş bu gənc qızların belə bir mənzərə qarşısında gülmələrinin dəlil-sübut olduğunu demişdir.

Rus ordusunun İlıca mənzil komandanlığı icraçısı olan bir erməni 12 martda İlıcada törədilən vəhşət üzərinə bunları anlatdı: Ermənilər bir qadını diri-diri divara mıxlamış, sonra qəlbini çıxarıb başının üstündən asmışlar.

Ərzurumda ermənilər 18-ci il 11-12 mart gecəsi rus zabitləri aldadaraq qırğın törətdilər türk əsgərlərinin qorxusundan qazdılar. Qırğın təsadüfən deyil, tərtibli, planlı olmuşdur: Öncə adamlar toplam olaraq yaxalanıb tutulmuş, sonra isə qətl edilmişlər. O gecə öldürülənlərin sayının üç minə çatdığını ermənilər özləri öyünə-öyünə söyləmişlər".

Amerikalı Leonard Ramsden Hartill "Bir erməninin xatirələrində Azərbaycan olayları (1918 1922)" adlı kıtab yazmışdır. O, 1922-ci ildə Qafqaza gəlir 1924- ilə kimi burada işləyir. O, xatirələrini qələmə aldığı Ovanes Apresyan adlı erməni ilə dost olur onunla bir çox yerləri gəzir. Kitabda oxuyuruq: "Bir gəzimizdə İranla rus Ermənistanı sərhəddi yaxınlığında izinə giriləsi yarıyıxıq bir məscid qalmış, xarabaya çevrilmiş bir türk kəndində gecələməyə məcbur olduq. O gecə Ovanesdən bu kənd kəndin dağılması haqqında bir şey bilib-bilmədiyini soruşdum.

O, soyuqqanlılıqla sanki boş bir şey söyləyirmiş kimi: "Bəli,  - dedi, - bu kəndin dağılmasına talan edilməsinə mən yardım etdim. Xarabalıqlar arasında orda burda gördüyün insan sümüklərinin sahiblərinin öldürülməsini gözlərimlə gördüm. Bu kənddə bir türk vardı, yaşlıca bir adam idi. Bu türk kimi cəsur qəhrəman insanı ömrümdə görməmişdim".

Həmin gecədən başlayaraq Hartill Ovanesin həyat hekayəsini dinləyir qələmə alır. Həmin əsərdə oxuyuruq: "Adım Ovanes Aqresyandır. 1892-ci ildə Azərbaycanın Şuşa bölgəsindəki Xankəndində doğuldum. Burada yaşayan insanlar türklərlə ermənilərdi. Əslində bir türk yurdu olan bu diyarda ermənilər yabançı durumunda idilər. Sayca çoxluğu təşkil edən islam türk xalqı arasında biz xaçpərəst azınlıqdayıq.

...Böyük ölçüdə əmlak sahibləri olmaları ticarəti əllərində tutmaları səbəbiylə ermənilər əhalinin varlı yüksək təbəqəsini təşkil etməkdəydilər. Sadəcə rus hökumət adamlarına əsgərlərinə alçaqlıq yaltaqlanma ehtiyacı duyarlardı...

...Qəsəbənin (Şuşanın-A.A) türk rnəhəlləsində xarabalıqdan, daş torpaq yığınından başqa bir şey qalmamışdı: Eyni hal Xankəndindəki türk məhəlləsinin başına gəlmişdi".

Dağ Borçalıda Şirak vadisində türklərin qətli haqqında Ovanesin xatırladıqları:

"... Türklər əzilməyə həqarət görməyə başladılar. Aleksandrapoldakı türklər hökumətə müraciət edərək Türkiyəyə köçmələrinə izin verilməsini istədilər. İzin verildi. Türklər evlərini: tərk edib, əşyalarını öküz arabalarına yükləyib yola çıxdılar.

...Vadidəki yolun bir yerinə yolu bağlayan bir mane qoyulmuşdu. Öndə gedən bir neçə araba maneəyə çatanda dayandı. Qayalar arasında gizlənmiş daşnaq silahlıları atəş açmağa başladılar.

Qadınlar uşaqlar arabalardan yerə sıçrayıb, fəryadlar içində bir-birinə qarışdılar. Qaçır ümidsiz halda sığınmağa yer axtarırdılar.

...Ruslar tərəfindən hərbdə əsir alınmış rusların hərbi dayandırması səbəbi ilə bizim əlimizdə qalan üç minə qədər hərb əsiri türk əsgərlərini özümüzlə götürdük. Qarakilsəyə çəkildiyimiz sırada bu zavallıların iki mini mərhəmətsizcəsinə öldürüldü. Gördüyüm bu dəhşət məni xəstələndirdi, fəqət özümdə etiraz etmə cəsarəti bula bilmədim. Bəziləri yenə ağrı-acı çəkdirilmədən vurulub öldürülürdülər. Çoxu isə yandırılaraq öldürülürdü. Bu yandırılıb öldürülmək isə xüsusi olaraq içinə saman yığılmış budkalara əsirləri doldurduqdan sonra gerçəkləşdirilirdi".

Ovanes özünün düzəltdiyi bir topla bir kəndi xarabaya çevirdiklərini danışır:

"1905-ci il türk savaşı sırasında Azərbaycandaydım. İran sərhəddinə yaxın bir kənddə işləyirdim. Kənddə türklərin sayına yaxın erməni vardı. Hər iki tərəf bir-birini aradan götürmək istədiklərindən hərə öz tərəfinə çəkilib səngər qazmışdı. Məhz o zaman mən hünərimi göstərdim. Sadəcə dörd adamın qaldıra biləcəyi bəsit bir top düzəltdim. Ermənilər mənim düzəltdiyim bu bəsit topla kənddəki türk evlərini yıxdılar türkləri kənddən qaçırtdılar. Biz ermənilər bu zəfərimizə görə böyük şənlik elədik. Hamı məni öydü,  təriflədi...

...Türklərin qazmalarına imkan verəcək yolları, dağ keçidlərini işğal edib qapatdıq. Gecikmədən qətl işinə başladıq.

Əsgəri hissələrimiz bir-birinin ardınca kəndləri mühasirəyə alırdı. Top atəşiylə kənddəki daxmalar daş-torpaq yığını halına gətirilir kənddə barına bilməyib çöllərə qazmağa başlayan kəndlilərin işini tüfəng güllələri süngülərlə bitirdik.

...Bakıda ermənilər ingilislərin köməyi ilə bu böyük neft şəhərinidə ələ keçirdiər şəhərin əhalisindən iyirmi beş min adamı qətl etdilər".

Bütün bu həqiqətləri deyən erməni Ovanes Apresyandır, qələmə alan isə, amerikalı Leonardı Ramsden Hartilldir.

Belə faktların sayını istənilən qədər artırmaq olar. Hələlik bu yazdıqlarımla kifayətlənirəm.

 





22.05.2014    çap et  çap et