525.Az

Hollandiya baş naziri Türkiyədə səfərdədir


 

Hollandiya baş naziri Türkiyədə səfərdədir<b style="color:red"></b>

Hollandiyanın baş naziri Mark Rutte Türkiyəyə səfər edib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, hollandiyalı baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq və heyətlərarası görüşlər baş tutacaq. Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən proseslərin, həmçinin, Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunacağı bildirilib.

 





22.03.2022    çap et  çap et