525.Az

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - Foto


 

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - <b style="color:red">Foto</b>

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

 





23.03.2022    çap et  çap et