Füzulidə 26 yaşlı oğlan minaya düşüb.
525.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşərək ağır bədən xəsarətləri alıb.
Mülki şəxsin minaya düşməsi faktı ilə bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
çap et