525.Az

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə görüş keçirib


 

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə görüş keçirib<b style="color:red"></b>

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının martın 21-də İsveçrənin Cenevrə şəhərində işə başlamış iclasında iştirak edən rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təşkilatın Baş katibi Houlin Jao ilə görüş keçirib.

Bu barədə 525.az-a nazirlikdən bildirilib. Görüşdə Azərbaycanla BTİ arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Nazir müavini ölkəmizin BTİ Şurasının üzvü qismində mütəmadi olaraq təşkilatın işində aktiv iştirak etdiyini və BTİ-nin müəyyən olunmuş əsas hədəfləri istiqamətində təşkilatın üç bürosu ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Tərəflər xüsusilə pandemiyadan sonrakı dövrdə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin cari ilin sonunda Buxarest şəhərində keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına hazırlıq barədə müzakirələr aparılıb. Baş katib Azərbaycana Səlahiyyətli Konfrans zamanı seçkilərdə Şuraya və Radio Tənzimləmə Bürosuna namizədlik üzrə uğurlar arzu edib.

 





23.03.2022    çap et  çap et