525.Az

"Azərbaycan təyyarələrimizi həbs etməyib" - Rusiya Nəqliyyat Nazirliyi:


 

"Azərbaycan təyyarələrimizi həbs etməyib" -<b style="color:red"> Rusiya Nəqliyyat Nazirliyi:</b>

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

525.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

 





23.03.2022    çap et  çap et