525.Az

Ukrayna ABŞ, Britaniya, Almaniya, Fransa və Türkiyə ilə müzakirələr aparır


 

Ukrayna ABŞ, Britaniya, Almaniya, Fransa və Türkiyə ilə müzakirələr aparır<b style="color:red"></b>

Rəsmi Kiyev təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə müzakirələr aparır.

525.az xəbər verir ki, bunu İspaniya mətbuatına açıqlamasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, bu istiqamətdə müzakirələrin davam etdiyini, həmin ölkələrin ilkin reaksiyasının müsbət olduğunu vurğulayıb.

"Bəli, biz ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə onların bu modeldə mümkün iştirakı ilə bağlı danışıqlar aparırıq. Onların bu ideyaya münasibətləri müsbətdir. Baxmayaraq ki, müzakirələr hələ də davam edir, mən onların ilkin reaksiyasından məmnunam. Bu, onlarla müzakirə etdiyimiz yeganə məsələdir. Qalan məsələlər Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların bir hissəsidir", - deyə Kuleba bildirib.

 





24.03.2022    çap et  çap et