525.Az

Hərbi qulluqçularımızın həlak olması barədə xəbərlər yalandır


 

Hərbi qulluqçularımızın həlak olması barədə xəbərlər yalandır<b style="color:red"></b>

Ermənilərin informasiya təxribatı davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

 





25.03.2022    çap et  çap et