525.Az

Vladimir Jirinovskinin ölüm xəbəri yayıldı - Yenilənib


 

Vladimir Jirinovskinin ölüm xəbəri yayıldı - <b style="color:red"> Yenilənib</b>

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski dünyasını dəyişib.

525.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 75 yaşlı siyasətçi koronavirusdan müalicə olunduğu Moskva klinikalarından birində vəfat edib. 

***

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, spiker siyasətçinin vəziyyətinin həqiqətən ağır olduğunu deyib, ona sağalmağı arzulayıb.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.

Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.

***

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında vəfat edib.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib. 

Qeyd edək ki, koronavirusdan müalicə olunan siyasətçi bu gün səhər saat 10.45-də dünyasını dəyişib.

 





25.03.2022    çap et  çap et