525.Az

Azərbaycanda Frankofoniya Günləri təşkil ediləcək


 

Azərbaycanda Frankofoniya Günləri təşkil ediləcək<b style="color:red"></b>

Aprelin 1-dən 22-dək Azərbaycanda "Frankofoniya 2022" Günləri keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, Frankofoniya Günləri çərçivəsində kino, sərgi, natiqlik müsabiqəsi, konfranslar, məktəblərdə görüşlər (teatr, mahnı, rəqs və s.) və digər tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.

 





25.03.2022    çap et  çap et