525.Az

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub


 

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

 





25.03.2022    çap et  çap et