525.Az

Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək


 

Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci yarısına, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın isə aprelin 8-nə planlaşdırılıb.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

 





25.03.2022    çap et  çap et