525.Az

Müdafiə Nazirliyinin yol qəzasında yaralanan yüksək rütbəli zabiti ölüb


 

Müdafiə Nazirliyinin yol qəzasında yaralanan yüksək rütbəli zabiti ölüb<b style="color:red"></b> Müdafiə Nazirliyinin 4 gün əvvəl Bakıda yol qəzasında yaralanmış yüksək rütbəli zabiti hospitalda ölüb.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu bu gün səhər hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, mayın 19-da Bakı şəhəri 3-cü mikrorayon dairəsində "Mercedes" markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlunu vurmuşdu. Zabit ağır vəziyyətdə hospitala yerləşdirilmişdi.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
 





23.05.2014    çap et  çap et