525.Az

“Dağlıq Qarabağ” yoxdur, kəndin adı Furux deyil, Fərruxdur”


 

“Dağlıq Qarabağ” yoxdur, kəndin adı Furux deyil, Fərruxdur”<b style="color:red"></b>



“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur”.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”.

 





26.03.2022    çap et  çap et