525.Az

"21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir"


 

 "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir"<b style="color:red"></b> Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

XİN rəhbəri deyib: "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir".

Nazir Azərbaycanın AŞPA-dakı sədrliyini şərh edərkən qeyd edib ki, bu dövrdə Azərbaycan bir sıra iri beynəlxalq tədbirlər keçirəcək:

"Ölkədə yaxın altı ay ərzində 18 beynəlxalq tədbir keçiriləcək. Biz maksimum şəffaflıq və açıqlıq nümayiş etdirmək niyyətindəyik, çünki Avropa ölkələri mübahisə etməməli, bir-birilərini anlamağa çalışmalıdırlar".
Məmmədyarov daha sonra əlavə edib ki, Azərbaycan AŞPA-dakı sədrliyi zamanı öz fəaliyyətini avropalı tərəfdaşları ilə əlaqələndirəcək.
 





23.05.2014    çap et  çap et