525.Az

Zəncirvari qəzada bir nəfər ölüb


 

Zəncirvari qəzada bir nəfər ölüb<b style="color:red"></b>

Bakıda baş verən zəncirvari qəzada bir nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 22-si saat 01:30 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi «Niva» markalı avtomobili yol kənarında dayanmış «Opel» və «Mercedes» markalı avtomobillərə vurub.
 
Nəticədə, T.Məmmədov və sərnişini, 1992-ci il təvəllüdlü Şamil Xanmirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Ş. Xanmirzəyev orada dünyasını dəyişib.
 

 





23.05.2014    çap et  çap et