525.Az

Ombudsman şəhid Elvin Məlikovun ailəsini ziyarət edib


 

Ombudsman şəhid Elvin Məlikovun ailəsini ziyarət edib<b style="color:red"></b>

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Elvin Məlikovun ailəsinə baş çəkib. Şəhidin doğum günü ərəfəsində ailəni ziyarət edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gənclərinin böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb.

525.az xəbər verir ki, görüş zamanı Ombudsman ailənin qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri üçün psixoloji dəstək xidmətinin təşkili barədə müzakirə aparılıb.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuş Elvin Məlikov “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 





28.03.2022    çap et  çap et