Ukraynanın Donetsk vilayətində könüllülərdən ibarət “Donbass” batalyonu mühasirədən çıxa bilib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırda batalyon Ukrayna ordusunun blokpostu yaxınlığında mövqe tutub.
Qeyd edək ki, səhər saatlarında batalyonun Karlovka kəndi yaxınlığında pusquya düşdüyü və nəticədə 9 nəfərin yaralandığı haqda məlumat yayılıb. Batalyonun komandiri ordu rəhbərliyinə yardım haqda müraciət etdiklərini, lakin bu müraciətin cavabsız qaldığını bildirib.
Öz növbəsində Ukrayna ordusunun rəhbərliyi könüllülərin xahişinə reaksiya verdiyini bəyan edib.
çap et