525.Az

Qubada doğuş zamanı ana və uşaq ölüb


 

Qubada doğuş zamanı ana və uşaq ölüb<b style="color:red"></b>

Bu gün saat 11:00 radələrində Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

Trend-in RTV-yə istinadən verdiyi məlumata görə, Quba rayonu Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib.

Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırmalara başlanılıb.

 





23.05.2014    çap et  çap et