525.Az

Türkiyə və Polşa siyasi məsləhətləşmələr aparacaq


 

Türkiyə və Polşa siyasi məsləhətləşmələr aparacaq<b style="color:red"></b>

Türkiyə və Polşa arasında martın 30-u Ankarada siyasi məsləhətləşmələr keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə tərəfini xarici işlər nazirinin müavini Faruk Kaymakcı, Polşanı isə həmkarı Şimon Şinkovski vel Sek təmsil edəcək.

Məsləhətləşmələr zamanı Türkiyə ilə Polşa arasında ikitərəfli münasibətlərinin bütün aspektləri, Türkiyənin Aİ-yə üzvlük prosesi və aktual regional problemlər barədə fikir mübadiləsi aparılacaq.

 





29.03.2022    çap et  çap et