525.Az

Aİ, Azərbaycan və Ermənistan liderləri son görüşdən sonra baş verənləri qiymətləndirəcək


 

Aİ, Azərbaycan və Ermənistan liderləri son görüşdən sonra baş verənləri qiymətləndirəcək<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ), Azərbaycan və Ermənistan liderlərinin görüşü Brüsseldə tərəflərin iştirakı ilə keçiriləcək.

525.az xəbər verir ki, bu barədə APA-ya yüksək səviyyəli Aİ rəsmisi bildirib.

“Avropa İttifaqı Şurasının prezidenti Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Liderlər ötən il dekabrın 14-də keçirilmiş son görüşdən sonra baş verənləri qiymətləndirəcək və əlaqələnmə məsələlərinə xüsusi diqqət yetirməklə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının gələcək yollarını müzakirə edəcəklər", - deyə Aİ rəsmisi bildirib.

 





30.03.2022    çap et  çap et