525.Az

Türkiyə səfiri 31 mart soyqırımı ilə bağlı paylaşım edib


 

Türkiyə səfiri 31 mart soyqırımı ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Tvitterdə paylaşım edib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.

 





31.03.2022    çap et  çap et