525.Az

Azərbaycan "OPEC+"ın neft hasilatının artırılması qərarını dəstəkləyib


 

Azərbaycan "OPEC+"ın neft hasilatının artırılması qərarını dəstəkləyib<b style="color:red"></b>

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən 525.az-a verilən məlumata görə, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.

 





31.03.2022    çap et  çap et