525.Az

Azərbaycan və Rusiya Prezidentləri üçtərəfli bəyanatların icrasının vacibliyini vurğulayıblar


 

Azərbaycan və Rusiya Prezidentləri üçtərəfli bəyanatların icrasının vacibliyini vurğulayıblar<b style="color:red"></b>

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

525.az xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulandı.

 





31.03.2022    çap et  çap et