525.Az

Şimşəklər şeirini göylərə yazır, İlahi, nə gözəl söz havasıdır


 

Şimşəklər şeirini göylərə yazır, İlahi, nə gözəl söz havasıdır<b style="color:red"></b>

Bu millət özünü yandıra bilməz!..

 

İstəsə, seli susdurar, əlbət,

Qoluna güc gələr, dizinə taqət.

Yeri , göyü yandırar, fəqət,

Bu millət özünü yandıra bilməz!

 

Zəfər meydanda daim at sürən,

Yolundan düşməni silib-süpürən,

Torpağı od saçan, alov püskürən

Bu millət özünü yandıra bilməz!

 

Ağlayan gözlərin yaşı dillənər,

Əzabdan qəlblərin başı dillənər.

Şəhid məzarların daşı dillənər,

Bu millət özünü yandıra biməz!

 

Varlığı həsrətdən oda qalanan,

Taleyi kədərə, dərdə calanan,

Obası dağılan, yurdu talanan

Bu millət özünü yandıra bilməz!

 

Zaman qısaldıqca söhbət uzanır,

Ayrılıq üzündən möhnət uzanır...

Siyasət uzanır, möhlət uzanır,

Bu millət özünü yandıra bilməz.

Qarşını kəsibdir qalın duman, çən,

Buludlar çəkilmir, getmir göylərdən.

Hər an xilasını gözləyir Vətən,

Bu millət özünü yandıra bilməz!

 

Zəmanə qədər günaha batar,

Fəryadlar yüksəlib fələyə çatar.

Bəlalar böyüyər, xəyanət artar,

Bu millət özünü yandıra bilməz!

 

Özgədir yadların fikri, niyyəti,

Gərək ki, hər addım atılsın qəti...

Sayılar əbədi məğlubiyyəti,

Bu millət özünü yandıra bilməz!

 

Zaman mənə bəs etmir

 

Yaşamaq eşqim artır,

Günlər mənə bəs etmir.

Ötən illərim tamam

Həyatımı əks etmir...

Düşünürəm, bəlkə ,

Sonadək, axıradək

Yaşanmayır anlarım,

Vaxtım yarımçıq qalır.

Zamanın qapıları,

Sanki gecə, gündüz

Bağlanmır, açıq qalır...

Hər dəqiqəm, saniyəm

Duymasam, hədər gedər.

Fikrimtək, xəyalımtək

Olub dərbədər gedər.

Saatın işlədikcə

Dabanından tər gedər...

Səhərə yetmək üçün ,

Zamanın sərhəddini

Aydın dərk etmək üçün

Sübhəcən balışımtək

Çevirirəm gecəni...

Neçə dəfə rütbəyə

Çatdıraraq əlbəəl,

Neçə dəfə taxtından

Devirirəm gecəni.

qədər cəhd edirəm,

Anlar ana qovuşmur.

Çatmır dalğa dalğaya,

Yol ünvana qovuşmur.

Yaşamaq istəyim çox,

Kifayət etmir fəqət

Mənə ay da, fəsil .

Ömrümün vaxt ölçüsü

Hər an qalır kəsirdə...

 

Xocalıya

 

Göy yarılır, ölüm tutur

Buludların yaxasından.

Dağ ayrılır, çıxır, sanki,

Sıldırımlar arxasından...

Üstünü yer örtə bilmir,

Məzarlara sığmır ölüm.

Artır daim iştahası,

Can istəyir, qan istəyir,

Gözlərini fəqət yenə

Heç yollardan yığmır ölüm.

Gah çapalar daşlar üstə,

Azıb qalar meşələrdə,

Gah çay ilə axar ölüm.

Qayaların köksünədək

Qalxar ölüm...

Hər bucaqda susub yaşar,

Kabus kimi hey dolaşar-

Dərə ölüm, təpə ölüm...

Sərilibdir qar içinə

Bu ağsaçlı, uzunhörük,

Ayaqyalın körpə ölüm...

 

Bu dünyanı küfr aparır

 

Ruzigar qovar saatı,

Yetişər qübar saatı.

Vaxt biçir divar saatı.

Hirsini kəfkir aparır...

Sanki zaman fikirləşir.

Bütün cahan fikirləşir.

Hamı yaman fikirləşir,

Hamını fikir aparır.

 

Qəsb eləyib yurd bağımı,

Yadlar pozub növrağımı.

Araz bölüb torpağımı,

Bir yandan da Kür aparır...

 

Qəlb yanır min ah içində,

Baş itir tamah içində.

Fırlanır günah içində

Bu dünyanı küfr aparır...

 

Kitabla başlanır

 

Sanki hamıdan tez xəbərin olur

Hər təzə kitabın çapından sənin .

Hər yeni əsərlər, yeni nəşrlər

İlk dəfə keçirlər qapından sənin.

 

Daim gəzdirirsən ürəyin üstə,

Kitabla öyünüb, fərəhlənirsən .

Hissin, fikirlərin səhifələnir,

Sən kitab kimi vərəqlənirsən.

 

Ömrünün bəzəyi, naxışlarıdır,

Kitabla yaşanır hər anın sənin.

Adın kitab ilə birgə çəkilir,

Başlanır kitabla ünvanın sənin.

 

İrəli

 

Düşsə arxamca, gedir

Bu yollar məndən irəli.

Xəyala dönüb dolanır,

Dumandan, çəndən irəli...  

 

Xoş günlər hara çəkilib,

Qarşıdan ara çəkilib.

Yellənir, dara çəkilib

Ruhum bədəndən irəli.

 

Əzablar dərddən tox imiş

Bəlalar həddən çox imiş.

Elə bil, sevinc yox imiş,

Dünyada qəmdən irəli...

 

Ayrılıq fəryad qoparır,

Canımı alıb aparır.

Dərdlərim bir-bir qabarır

Çıxır sinəmdən irəli...

 

Sən məni uduzdun

 

Sinənə çox döyüb girdin meydana,

Ancaq yarışmada asan keçildin.

Bu dəfə yenə çıxdın qarşıma ,

məni seçdilər, sən seçildin.

 

Qoymadın özgədən gedim irəli,

Sandın ki, rəqibin geri çəkildi.

Sənin səhv gedişin, səhv addımınla

Kiminsə vəzifə yeri çəkildi...

 

Salındın oyundan-oyuna daim,

Gözlərin seçmədi dumanı, çəni.

Heç kim uduzmadı bizdən savayı,

Sən məni uduzdun, mən ki, səni...

 

Söz havası

 

Küləklər çırpınıb  dayanır hazır,

Buludlar karvanı ünvanı azır...

Şimşəklər şeirini göylərə yazır,

İlahi, gözəl söz havasıdır.

 

Çəmən ilmələyir gül naxışları,

Dinir qönçələrin sirr baxışları.

Nəğmə damcılayır yaz yağışları

İlahi, gözəl söz havasıdır.

İşıqlar üfüqdə qızıl zeh çəkir,

Üstündən sığalı xəfif meh çəkir.

Səhərin rəsmini yerə şeh çəkir,

İlahi, gözəl söz havasıdır...

 

Çeşmənin suları ballanan vaxtdır

 

Daim ömrümüzdə edir əks-səda,

Düşür hər qayası, hər daşı yada.

Gözəllik ardınca payi-piyada

Ruhumuz dağlara yollanan vaxtdır.

 

Ürəklər kövrəlir yaz havasından,

Gözəllər düşməyir naz havasından...

Sözün nəşəsindən, saz havasından

Təbiət məst olub, hallanan vaxtdır.

 

İldırım çaxdıqca yarılır bağır,

Qalxır dərələrdən çən ağır-ağır.

İndi o yerlərə gur yağış yağır,

Zirvələr buludla şallanan vaxdır.

 

Çadırlar yan-yana düzülsün gərək,

Ayaqlar gəzməkdən üzülsün gərək...

Qönçə dodaqlara süzülsün gərək,

Çeşmənin suları ballanan  vaxtdır.

 

Səmalar çəkilir neçə rəng ilə,

Çıxır küləklərin səsi təng ilə...

Meşələr bəzənib min ahəng ilə,

Çəmənlər sevgiylə  allanan vaxtdır.

 

Bəlkə ...

 

Daim düşünürəm, kiməm, nəçiyəm,

vaxtdan başlanır həyatım mənim?

Haçandır düşmüşəm ümid ardınca,

Haçandan yoldadır bəxt atım mənim?

 

Kimindir görəsən bu boy, bu görkəm,

Surətim özümə tanış görünmür.

Elə bil, heç zaman yaşamamışam,

Bu dünya gözümə tanış görünmür.

 

Bəlkə zühr etmişəm min illər əvvəl,

Bəlkə , heç hələ doğulmamışam?

Bəlkə Adəməm - günahsız, təmiz,

Cənnətdən hələ qovulmamışam.

Yəhya PAŞAZADƏ

 





23.05.2014    çap et  çap et