525.Az

Gecə klubunda partlayışda 1 nəfər ölüb, 37 nəfər yaralanıb - Yenilənib


 

Gecə klubunda partlayışda 1 nəfər ölüb, 37 nəfər yaralanıb - <b style="color:red">Yenilənib</b>

Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.

"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.

Nazirlikdən 525.az-a daxil olan məlumatda deyilir:

“Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub”.

 

 

 





03.04.2022    çap et  çap et