525.Az

Odessa rus hərbçiləri tərəfindən vurulub


 

Odessa rus hərbçiləri tərəfindən vurulub<b style="color:red"></b>

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Heraşenko rus qoşunlarının Odessaya zərbələr endirdiyini açıqlayıb.
 
525.az xəbər verir ki, o, teleqram hesabında məlumat verib. Heraşenko qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri nadir hallarda hücuma məruz qalan və ölkənin dəniz ticarətində mühüm rol oynayan Odessa şəhəri Rusiya hərbçiləri tərəfindən vurulub. Nazirinin müşaviri bildirib ki, şəhərdəki infrastruktur obyektləri raketlərlə hədəfə alınıb və bir neçə rayonda yanğınlar başlayıb.
 
Hücum nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
 
El Roman 

 





03.04.2022    çap et  çap et