525.Az

"David Attenborough" gəmisi Antarktidaya səyahət edib - Foto


 

"David Attenborough" gəmisi Antarktidaya səyahət edib - <b style="color:red"> Foto </b>

Britaniya gəmisi ilk dəfə Antarktidaya səyahət edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni kral tədqiqat gəmisi "Sir David Attenborough", xalq arasında "Boaty McBoatface" kimi bilinən gəmi Antarktidaya ilk dəfə səyahət edib. 200 milyon funt sterlinq dəyərində olan gəmi ekspedisiya zamanı buz qıran kimi bacarığını nümayiş etdirib.

Gəmi elm və logistika üçün ən yüksək enliklərdə tam işlək gəmi elan edilməyə çox yaxındır, lakin performansına dair son söz hələ deyilməyib.

İngilis Antarktida tədqiqatı "BAS"ın direktoru, professor Fransis bunları deyib: "Qar və buzla əhatə olunmuş böyük qırmızı gəmimizin heyrətamiz görüntülərini izləmək olduqca gözəl idi. Məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə materik Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.

Məhəmməd Tağıyev
 

 





03.04.2022    çap et  çap et