525.Az

Mingəçevirdə kütləvi zəhərlənmə olub


 

Mingəçevirdə kütləvi zəhərlənmə olub<b style="color:red"></b>

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə 525.az-a TƏBİB-dən bildirilib. Digər 2 nəfərin isə vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

 





03.04.2022    çap et  çap et