Qobustanda istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı cinayət işi başlanıb.
Qobustan Rayon Prokurorluğundan APA-ya bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, məlum hadisə mayın 23-də Qobustan rayonunun “Cənnət bağı” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (“Elektrokar”) aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.
çap et