525.Az

Türkiyə və Azərbaycan XİN başçıları telefonla danışıb - Yenilənib


 

Türkiyə və Azərbaycan XİN başçıları telefonla danışıb -<b style="color:red"> Yenilənib</b>

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb. 

XİN-dən 525.az-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 





05.04.2022    çap et  çap et