525.Az

AŞPA prezidenti Ukraynaya gedir


 

AŞPA prezidenti Ukraynaya gedir<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Ukraynaya gedir.

525.az xəbər verir ki, AŞPA Prezidenti bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, Lvovda Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşəcək: “AŞPA siyasi qruplarının rəhbərləri ilə birlikdə Ali Radanın sədri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyik”.

Prezident və qrup rəhbərləri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Lvov şəhərinin meri Andrey Sadoviy ilə də görüşəcəklər.

 





05.04.2022    çap et  çap et