525.Az

Rusiya Ukrayna müharibəsinin 42 günü - İtkilərin yeni siyahısı


 

Rusiya Ukrayna müharibəsinin 42 günü - <b style="color:red"> İtkilərin yeni siyahısı</b>

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi artıq 42 gündür davam edir. Hər iki tərəf hərbi əməliyyatlar zamanı verilən itkilərlə bağlı gündəlik statistikalarını təqdim edib.

525.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin bugünkü məlumatına görə, müharibə başlayandan indiyədək Rusiya təxminən 18 000-ə yaxın hərbçisini itirib.

“Rusiya ordusunun 684 tankı, 1861 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 150 hərbi təyyarəsi, 135 helikopteri, 1324 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 96 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 25 xüsusi avadanlığı sıradan çıxarılıb”, - rəsmi məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov isə bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 125 təyyarə, 93 helikopter və 400-dən çox pilotsuz uçuş aparatını məhv edib:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 93 helikopter, 407 pilotsuz uçuş aparatı məhv edilib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası sıradan çıxarılıb”.

 

 





06.04.2022    çap et  çap et