525.Az

Ədəbiyyat İnstitutunda növbəti Elmi şura keçirilib


 

Ədəbiyyat İnstitutunda növbəti Elmi şura keçirilib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri və gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Sonra Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi Lyudmila Səmədova 80, Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi Gülbəniz Babayeva 60 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif ediliblər.

Elmi şurada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında 14 mart 2022-ci il tarixli  Sərəncamı və qarşıda duran vəzifələrə dair”, “Mirzə Fətəli Axundzadənin 210 illik yubiley tədbirlərinin keçirilməsi haqqında”, “Mirzə Ələkbər Sabirin 160 illik  yubiley tədbirlərinin keçirilməsinə dair”, “Türk şeirində milli istiqlalın möhtəşəm manifesti: Əhməd Cavad və Mehmet Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında”, “Ədəbi proses – 2022” Yaradıcılıq müşavirəsinə hazırlıq” məsələləri müzakirə olunub.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “iki illik fasilədən sonra Elmi şuranın tam tərkibdə canlı keçirilməsini əlamətdar hesab edirəm. Aprelin 12-də akademiyada ilk dəfə olaraq bizim institut Şuşaya səfər edəcək, hətta yay və payız aylarında yenidən iki dəfə səfər etməyi planlaşdırırıq. İlk səfərimizdə Xurşidbanu Natəvana həsr olunmuş konfrans da keçirəcəyik”.

Elmi şurada həmçinin çap və müsabiqə məsələləri də müzakirə edilib.

 





06.04.2022    çap et  çap et