525.Az

“İqtisadi cinayətlərə görə azadlıqdan məhrumetməni sərtləşdirmək düzgün deyil”


 

 “İqtisadi cinayətlərə görə azadlıqdan məhrumetməni sərtləşdirmək düzgün deyil”<b style="color:red"></b>

– Rafael müəllim, sizin üzv olduğunuz parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin mayın 19-da keçirilən iclasında müzakirəyə çıxarılanAzərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqındaSaziş ətrafında yaranmış söz-söhbətlərə, yəni, qanunsuz miqrasiya adı altında Azərbaycandan bəzi Qərb ölkələrinə bu ya digər səbəblərdən köç etmiş şəxslərin Azərbaycana qaytarılıb gətiriləcəyi, yaxud da, mühacirət etmək niyyətində olan insanların qarşısının önlənəcəyi, təqib olunacağı barədə yer alan iddialara münasibətiniz necədir, bu iddialar dərəcədə əsaslıdır?

– Bilirsiniz, mətbuata açıqlamamda da qeyd etdiyim kimiburada söhbət siyasi mühacirətdən getmir. Söhbət yalnız qanunsuz miqrasiyanın qarşısının alınmasından   yaxud da, qanunsuz başqa bir ölkəyə gedən insanın, fərdin  həmin ölkənin hesabına geri qaytarılmasından gedir. Yəni, dünyada gedən inteqrasiya, qloballaşma proseslərinin fonunda belə bir sifarişin qəbul olunması normal bir haldır. İnteqrasiya deyir ki, bəli, bunlar bir-birinə inteqrasiya olunmalıdır, amma bu, qanun çərçivəsində olmalıdır. Belə olan halda, indi bu cür düşünmək, məsələni başqa yerə yozmaq düzgün deyil.  Komitəmizin iclasında da heç kimin ağlına gəlməzdi gəlməyib ki, belə bir şey düşünülsün. Söhbət inteqrasiyadan gedir. Bu gün bütün dünya bu istiqamətdə çalışır ki, xalqlar bir-birinə inteqrasiya olunsun, amma bu, qanun çərçivəsində, miqrasiya qanunvericiliyinə riayət olunması çərçivəsində olsun. Yəni, bu vətəndaşlar öz ölkələrinə qayıdanda qanunsuz miqrasiyadan əziyyət çəkən dövlət bir daha maddi ziyana düşməsinSöhbət bundan gedirİndi axı, nəyə görə məsələ siyasi baxımdan anlaşılsın ki?

– Ancaq yuxarıda da qeyd etdiyimiz kimi,  bəziləri belə düşünür ki, qanunsuz miqrasiya adı altındasiyasi mühacir ovuna başlanıla bilər...

 - Qətiyyən, mən ümumiyyətlə, bu cür düşünənlərin tamamilə əleyhinəyəm. Əgər onlar belə düşünürdülərsə, o boyda Miqrasiya Məcəlləsi qəbul etmişdik, həmin müddəalar orda da var idi, onda niyə o barədə düşünmürdülər?

Özü bir neçə ölkə var ki, ümumiyyətlə, heç bu sazişə qoşulmayıb. Məsələn, Böyük Britaniya Krallığı buna qoşulmayıb, Danimarka qeyd-şərtlə qoşulub. Yəni, indi heç bir səbəb olmadan bu cür düşünmək, əsassız iddialar səsləndirmək sadəcə, siyasi səbatsızlıqdır.

– Qanunsuz miqrasiyadan söz düşmüşkən, məlum sazişə qoşulmaq Azərbaycanın bu məsələdə üzləşdiyi problemlərin həllinə öz  müsbət təsirini  göstərəcəkmi?

– Bildiyiniz kimi, qanunsuz miqrasiyadan elə ən çox əziyyət çəkən dövlətlərdən biri Azərbaycandır. Bu gün Azərbaycanda sürətli inkişaf var, iqtisadiyyat güclənir, deməli, burada pul qazanmaq imkanları da artır. Ona görə baxın-görün Şərq ölkələrindən qədər Azərbaycana gəlib geri qayıtmaq istəməyən insanlar var. Yəni, nəticədə  Azərbaycan özü bundan əziyyət çəkir. Ona görə həmin sazişlə bağlı bir təklif etdim komitəmiz qərar qəbul etdi ki, bu məsələ Xarici İşlər Nazirliyi (XİN) ilə razılaşdırılsın, yəni, biz həmin sazişə öz qeyd-şərtimizlə qoşulaq...

Torpaqlarımızın 20 faizi işğal olunub. Dağlıq Qarabağ ərazisindəki Azərbaycan vətəndaşları hansı ki, erməni olsalar belə, Azərbaycan dövləti onlara görə hansısa bir hüquqi məsuliyyət daşıya bilməz. Onların geri qaytarılması yaxud da onların Azərbaycana geri qaytarılması məsələsində Azərbaycan iştirak edə bilməz. Çünki bu gün həmin işğal altında olan ərazilərimiz Azərbaycanın faktiki yurisdiksiyasından çıxarılmış ərazilərdir. Ona görə belə bir təklif irəli sürdüm komitə qərar çıxartdı ki, bəli, XİN- bu məsələ araşdırılsın yalnız bundan sonra biz qeyd-şərtlə həmin sazişə qoşulaq...

– Yeri gəlmişkən, komitənizin həmin iclasında Cinayət Məcəlləsi digər məcəllələrə bir sıra vacib dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə olunub. Məsələn, zorlamaya görə cəzaların, sanksiyaların ağırlaşdırılması sairə ilə bağlı cinayət qanunvericiliyinə bir sıra vacib dəyişikliklərin edilməsi təklif olunur. Bu barədə deyərdiniz?

– Burada söhbət əsasən dövlət, cəmiyyət şəxsiyyət əleyhinə olan cinayətlərə görə sanksiyaların sərtləşdirilməsindən gedir. Ümumiyyətlə, bu yöndə fikirlər, təkliflər uzun illərdi vardı mən özüm çıxışımda bunu dedim.

Dedim ki, Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən sonra bütün hüquq sistemi yenidən dəyişildi. Çünki bu da təbii bir hal idi. Azərbaycan daban-dabana zidd bir ictimai-iqtisadi formasiyadan digərinə keçirdi. Həmçinin dedim ki, əgər cinayət qanunvericiliyinə  fikir versək, görərik ki, maddələrin hüquq normalarına dispozisiya hissələri dəyişildi, amma sanksiya hissələrində elə bir ciddi dəyişiklik olmadı. Yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından başqa.

Ümumiyyətləhəmişə deyirdim ki, adam öldürməyə görə cəza 15 ilə qədər azadlıqdan məhrumetmə ilə yekunlaşa bilməz, daha doğrusu, ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz. 15 il çox azdır.

Bu da ona görədir ki, bizdə cinayətlərin məcmusu qaydasında yekun cəzanın hesablanmasının iki üsulu varağır cəzanın daha yüngül cəzanı özündə ehtiva etməsi yolu ilə, bir cəzaların tamamilə ya qismən toplanması yolu ilə. Yəni, bizdə arifmetik qayda da hesablama yoxdur. Məsələn, bir insanın üzərində 7 dənə maddəsi olsaarifmetik qaydada o cəzalar hər bir cinayət üzrə cəza bir-birinin üstünə gəlməyəcək.

Çünki bu qayda bizdə yoxdur mən həmişə tərəfdarı olmuşam ki, cəzaların arifmetik qaydada hesablanması Azərbaycan cinayət qanunvericiliyinə gətirmək lazımdır.

Amma burada edilməsi nəzərdə tutulan son dəyişikliklərdə söhbət ondan gedir ki, 15 il 20 illə əvəzlənir. Bizdə artıq azadlıqdan məhrumetmənin yuxarı həddi 20 il olacaq. Amma onların toplanması məsələsində bu müddət 25 ildən, 20 ildən artıq olmayacaq. Mən çıxışımda da dedim, indi demək istəyirəm bunu bütün hüquqşünaslar da yaxşı bilir kisadə adam öldürmə deyilən bir anlayış var. Yəni, qısqanclıq niyyəti ilə adam öldürmə, qisas almaq məqsədilə adam öldürmə, bunlar sadə adam öldürmədi.

Burada da 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə var. Əgər insanın, cinayətkarın şəxsiyyəti müsbətdirsə, ilk dəfədir cinayət törədirsə yaxud da qanunda sadalanan yüngülləşdirici hallar varsa, məhkəmə ona 7 il həbs verəcək.

Yəni, 7 il o deməkdir ki, cinayət qanunvericiliyində cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə müddəasını tətbiq etsən, bu 7 ilin dörddə üç hissəsini oturandan sonra həmin şəxs azadlığa çıxa biləcək. Bu da təxminən 5 il yarımdır. 5 il yarımdan sonra qəsdən adam öldürən insan azadlığa çıxsın? Bu, absurddur. Düzdür, biz həmin sanksiyanı 9 ildən 14 ilə qədər artırdıq, amma deyərdim, o da azdır.

Sizin təklifiniz nədir bəs?

Sanksiyaları artırmaq lazımdır. Söhbət adam öldürməkdən gedir. Bəzi ölkələr var ki, bir dənə sadə adam öldürməyə görə ömürlük həbs cəzası verirlər. 9 il nədir ki?

7 ildən sonra bu adam özünü yaxşı aparacaq, çıxacaq bayıra. Bu, absurddur. Mən orada da dedim ki, qəribə bir tendensiya gedir. Yəni, belə demək mümkünsə, humanizm hissinin inkişaf tendensiyası düzgün istiqamətdədir. Humanizm deyəndə yalnız həbs yerlərində azadlıqdan məhrumetmə qismində cəza çəkən insanlar gözümüzün qabağına gəlir, amma zərərçəkən deyilən bir insan gözümüzün qabağına gəlmir. Halbuki, dövlət üçün daha qiymətli vətəndaş odur. Ona böyük bir yara vurulub, həm maddi, həm mənəvi baxımından.

O, bir əzizini itirib, ona elə bir ziyan vurulub ki, onun bərpası heç vaxt mümkün deyil. Amma biz onun hüquqlarını düşünmürük. Bəli, biz qanunu tapdalayan, qanunu heçə sayan, başqasına bax o cür formadahəm maddi, həm mənəvi ziyan vuran insanı humanizm hissinə tuş gətiririk. Bu, dərəcədə düzdür?

Bu baxımdan düşünürəm ki, ümumiyyətlə, insanlarda bəzi məsələlərə münasibət dəyişdiyi kimi, toplumda bu cür insani dəyərlərə artıq münasibət dəyişib. Yenə deyirəm, söhbət cinayətkardan, adam öldürəndən gedir, qəsdən adam öldürəndən gedir, həmçinin, sadə adam öldürmədən başqa ağırlaşdırıcı hallarda adam öldürmə var. Tamah məqsədilə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürməhamilə olan qadını öldürmə, iki daha artıq şəxsi öldürmə, ümumi təhlükəli üsulla adam öldürmə. Baxın, görün qədər var? Buna görə cəmi 15 il həbs? yaxud da götürüb uşağı valideynlərinin yanında, valideyni uşaqların yanında öldürür, indi buna görə 15 il həbs? Bu, düzdürmü?

Ona görə bu fikirdəyəm ki, bu yöndə sanksiyaları, cəzaları sərtləşdirmək lazımdır. Amma məsələn, iqtisadi cinayətlərə görə azadlıqdan məhrumetməni sərtləşdirmək düzgün deyil. İqtisadi cinayətə görə iqtisadi sanksiyaları sərtləşdirmək lazımdır. Qoy onun cəriməsi olsun bir milyon. Bu, heç pis deyil. Ancaq ona görə azadlıqdan məhrumetmənin sərtləşdirilməsinin tərəfdarı deyiləm. Amma o şey ki insan həyatına qəsdən gedir, burada birmənalı şəkildə ciddi cəza nəzərdə tutulmalıdır

Kamil HƏMZƏOĞLU

 





26.05.2014    çap et  çap et