525.Az

Ukraynalı qaçqınları qəbul edən ölkələrə maliyyə ayrılması təsdiqlənib


 

Ukraynalı qaçqınları qəbul edən ölkələrə maliyyə ayrılması təsdiqlənib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yardım göstərilməsi üçün üzv ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiq edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi məlumatında deyilir. 

Məlumatda qeyd edilir ki, Aİ səfirləri üzv ölkələrin maliyyəyə çıxış imkanı verən təklifi təsdiqləyiblər. Bu il, 3,5 milyard avro ödəniləcək. 

Sənəddə ilkin maliyyənin 45%-ni alacaq ölkələr sırasında Ukrayna ilə həmsərhəd olan Polşa, Rumıniya, Macarıstan və Slovakiya, Avstriya, Bolqarıstan, Çex Respublikası, Estoniya və Litva yer alıb.

 





06.04.2022    çap et  çap et