525.Az

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb


 

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci hissəsi aprelin 25-dən 28-dək keçiriləcək.

AZƏRTAC xəbər verir ki, hibrid formatda təşkil ediləcək yaz sessiyasının əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin nəticələrinə dair ümumi müzakirələr olacaq.

Assambleya, həmçinin Avropa Şurası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Avropada əsl demokratiyanın qorunması və təşviqi, hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq və əsassız güc tətbiqinin qarşısının alınması ilə bağlı hesabatları da müzakirə edəcək.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, həmçinin 2021-ci il üzrə illik fəaliyyət hesabatını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyanın gündəliyinə Avropa Şurası Parlament Assambleyasının üzvləri tərəfindən Avropa Şurasının Baş katibinə sual sessiyası, eləcə də Nazirlər Komitəsinin ənənəvi müraciəti də daxildir.

Assambleyanın yaz sessiyanın ilk günündə yekun gündəlik qəbul ediləcək.

 





06.04.2022    çap et  çap et