525.Az

“Molla Nəsrəddin – 116” adlı tədbir keçirilib - Foto


 

“Molla Nəsrəddin – 116” adlı tədbir keçirilib -<b style="color:red"> Foto</b>

Cəlil Məmmədquluzadə ev muzeyində “Molla Nəsrəddin” jurnalının il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Yeganə Məmmədova açmışdır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məruzə ilə çıxış etmiş, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında bir sıra maraqlı və yeni məlumatları dinləyicilərə çatdırmışdır.

Tədbirdə Yasamal rayonu 150 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, əməkdar müəllim Məlahət Babakişiyeva çıxış edərək görkəmli yazıçının əsərlərinin müasir əhəmiyyətindən bəhs etmişdir. Sonra həmin məktəbin şagirdləri “Molla Nəsirəddin” jurnalında çap olunan felyetonlardan səhnəciklər göstərdilər və ədibin əsərlərindən parçaları əzbər söylədilər.

Tədbirdə 150 saylı tam orta məktəbin direktoru Sevda Əliyeva, Abdulla Şaiq xatirə muzeyinin direktoru Ülkər Talıbzadə, Əzim Əzimzadə xatirə muzeyinin direktoru İradə Əzimzadə, Nəriman Nərimanov muzeyinin direktoru Ləman Hüseynova, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova və digər ziyalılar iştirak və çıxış ediblər.

İştirakçılar Cəlil Məmmədquluzadənin ev muzeyinin eksponatları ilə tanış olmuşlar.

 





08.04.2022    çap et  çap et