525.Az

Türkiyə, Britaniya və İtaliya müdafiə nazirləri İstanbulda görüşəcək


 

Türkiyə, Britaniya və İtaliya müdafiə nazirləri İstanbulda görüşəcək<b style="color:red"></b>

İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar, İtaliyanın müdafiə naziri Lorenzo Guerini və Böyük Britaniya müdafiə naziri Ben Uolles arasında üçtərəfli görüş keçiriləcək.

525.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu gün tərəflər müdafiə və təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Bundan əlavə, Ukrayna kontekstində baş verənlərin də müzakirə olunacağı gözlənilir.

 





08.04.2022    çap et  çap et