525.Az

ABŞ-da tapılan qalıqlar dinozavrların necə tükəndiyi barədə məlumat verir


 

ABŞ-da tapılan qalıqlar dinozavrların necə tükəndiyi barədə məlumat verir<b style="color:red"></b>

ABŞ-da tapılan qədim heyvan qalıqları dinozavr nəslinin necə tükəndiyi ilə bağlı müzakirələrə səbəb olub. Günümüzə qədər gəlib çatmış qalığın nəhəng meteoritin yerə düşdüyü gün ölən dinozavra aid olduğu düşünülürdü, lakin alimlər qalığın indiyə qədər tapılmış ən sağlam və zərər görməmiş sümük olması səbəbindən dinozavrların meteorit hadisəsindən sonra da mövcud olduqlarını düşünməyə başlayıblar .

525.az BBC-yə istinadən bildirir ki, 66 milyon il əvvəl 12 kilometr enində meteoritin yerə düşdüyü zaman dinozavrlarda daxil olmaqla canlıların 75 faizinin məhv olduğu artıq adi bir inanca çevrilib. Bu hadisə ilə dinozavrların yüksəlişi sona çatıb və məməlilər dövrü başladı. Bu günə qədər dinozavrlara aid bir çox tapıntı olsa da, qalıqların heç biri ən son kəşf olunan dinozavr ayaq sümüyü qədər sağlam qalmamışdı.

Eyni zamanda, tapılan dinozavr qalıqlarına yaxın bir ərazidə nəsli kəsilmiş balıq qalıqları da tapılıb. Qazıntı qrupuna rəhbərlik edən Mançester Universitetinin professoru Robert DePalma bildirir: “Bizə bu bölgədə nələrin baş verdiyini izah edən çoxlu təffərrüatlar var. Bu, sanki filmdə baş verən hadisələri xatırladır.”

Hazırda Mançester Universitetində bu barədə tədqiqatlar davam edir.

 





08.04.2022    çap et  çap et