525.Az

"Gəncliyin sözü" kitabı nəşr olundu - DGTYB-dən yeni kitab


 

"Gəncliyin sözü" kitabı nəşr olundu -<b style="color:red"> DGTYB-dən yeni kitab</b>

Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin səsi" adlı kitab nəşr olunub. 

Birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub. "Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibciləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur. "Mücrü" nəşriyyatında çap olunmuş kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.

 





08.04.2022    çap et  çap et