525.Az

Patrik Vudkokun şeirləri (Kamran Nəzirlinin tərcüməsində)


 

Patrik Vudkokun şeirləri <b style="color:red">(Kamran Nəzirlinin tərcüməsində)</b>

(Kanada)

 

Patrik Vudkok Kanada şairidir, Azərbaycanda səfərdədir; hazırda yeni kitabınıKanadada nəşr olunacaqHamını basdıra bilməzsən” (You cant bury them all”(ECW Press, Canada, 2016)  şeirlər toplusunu bitirmək üzrədir elə bu məqsədlə paytaxtımızdadır. O, sərbəst şeirlər çoxsaylı pritçalar müəllifidir. 8 şeir kitabı çıxıb. Onun  Allahların əks-sədası səssiz dağlar” ( Echo Gods and Silent Mountains(ECW Press, Canada – 2013) şeirlər kitabı 2013- ildə Kanadada nəşr olunub. “Həmişə Ananızdan qabaq ölün” ( Always Die Before Your Mother(ECW Press, 2009) adlı şeirlər kitabı isə ona daha çox uğur gətirərək bestseller kimi satılıb. Patrik Vudkokun şeirləri dünyanın 13 dilinə tərcümə olunub, müxtəlif poeziya festivallarında səsləndirilib, Bosniya Hersoqovinada, Kolumbiyada, Sloveniyada, Serbiyada, İraqda, Gürcüstanda, İngiltərədə yayılıb. O, Kanadada iki il Ədəbiyyat dərgisinin poeziya şöbəsinin redaktoru olub. Mən Patrikin şeirlər kitabını tərcümə edərək çapa hazırlamışam bu kitaba şairin Azərbaycanla bağlı şeirləri daxil edilib. Patrik Vudkokun Bakıda nəşr olunacaq kitabından bir neçə ədəbi nümunəni oxuculara təqdim edirəm.

 

Patrik Vudkok, Kolumbiyada, Medelində keçirilən nüfuzlu ədəbiyyat festivalında şeirlərini oxuyur. 

 

 

1 iyul epiloqu

 

Mən anadan olanda

valideynlərim

yazmadılar doğum tariximi;

Sonralar onlar da

minlərlə ata-analar kimi

mənə deyəcəkdilər:

anadan olduğun tarix bəllidi-

Ad günün

iyulun biridi...

 

Mənsə heç vaxt

bilməyəcəm doğum tariximi,

anadan olduğum günümü, ilimi...

 

Biz öləndə

görən olacaq?

Qəbir daşımızın üstündə

bəs nələr yazılacaq?

 

Gör bizə necə

əcayib başdaşı qoyacaqlar?!..

 

Ən qəmli mürəkkəb boyası

Sergey Yeseninin xatirəsinə

                       

Mən bilmirəm

mürəkkəb boyasını yuyub aparmaq üçün

nədən istifadə edərmişlər;

Bilmirəm

söz necə yaranıb,

necə canlanıb, necə boy atıb?

Ya da

çəhrayı bir şeirin səkkiz sətrini

yazmağa

qədər mürəkkəb çatıb?!

Amma...qəti sözümdü,

bir qoca rus qadını tanıyıram:

onun muzeyi

mürəkkəb boyasının tozunu

silməkdən boyun qaçırıb.

 

Qəbiristanlıqda ağlayan qaraçı qızını görəndən sonra

 

İllər öncə mənə,

dünyadan təcrid olan

bir dağ kəndi barədə danışmışdılar;

Bu kənddə

əbədi gün işığı yanarmış,

havalarsa

daim soyuq olarmış.

 

Deyərmişlər ki,

kişini nəfəsinə görə oxuya bilərsən;

ya da-

heç vaxt qadının gözlərinin içinə baxma,

deyərmişlər,

ən düzgün cavabı

qadın dodağının titrəyişi pıçıldayır.

Bəli,

bu bir həqiqət idi

o kəndin adamlarını ta əzəldən

hər kəs başa düşərdi

dodaqların tərpənişindən.

 

Uşaqlara

 

yeriməmişdən qabaq

tün vacib şeyləri öyrədərdilər,

ən qorxulu yaş dövrünə çatanda-

(uşaqlıqla böyüklük arasındakı dövr ən qorxulu dövrdür!),

uşaqları uca dağların zirvələrinə

göndərərdilər!

Bütün Zamanlarda İncə sənət işini görməli olan

Danışmaq Universitetinə!

O dağların başında

görüşüb tanış oldu

iki sevgili aşiq!

Aşiq

şair kimi nəfəs almağı öyrənirdi,

Məşuq

heykəltəraş olmağı!

Biri-birini sevdilər,

Sevib aşiq oldular!

Gözəl günlər, xoş günlər sorağıyla

xəyallara daldılar!

Sənətin sevinc dolu illəri

gözləyirdi onları,

Qanadlanacaqdı həyat arzuları!

Lakin bir gün evə dönəndə,

yalnız kəndirlə nəfəs alan

qısqanc bir kəndli

onları qarşıladı,

Məktəbdən qovulmuşdu kəndli-

acıqlıydı,

əlindəki kəndiri ağacdan salladı-

amansızdı,

ilgəyi cavan aşiqin boynuna keçirib

ağacdan asdı onu...

Vəssalam,

bu da yazının sonu.

O məşuq qızı

hələ görmək olur,

bu günə kimi o qız

oturub

asılmış oğlanın

yellənən meyiti altında-

ağzı yumuludur-

danışmır, susub,

Əlində

iynə-sap var yalnız!

 

Çəhrayı delfinlər ölmüş anamla birlikdə üzəndə

 

Biz yaşa dolanda hamımız müxtəlif cür görünürük. Sənin rəngin ən azı bir dəfədən çox dəyişir. Yadıma gəlir ki, bir vaxtlar sən sarıya çalırdın, sonra rəngdə oldun, özü lap ağappağ. Mənim birgə üzdüyüm çəhrayı delfinlər gah mavi rəngə çalardı, gah yaşıl, gah da boz rəngdə olardı. Bəlkə elə biz öləndə çəhrayı rəng daha yaxşıdı... Mən bilmirəm hansı rəngdə olacam-dərimin quruluşu  mənə gön dərili gödəkçə rəngini verə bilər. Sən həmişə məni irland kostyumunda görmək istəyirdin, o kostyumu xoşlayırdın. Mən indi üzürəm, üzəndə o yadıma düşür. Biz ilk dəfə onları cəmi bir saat əvvəl görmüşük. Deyirlər, Puerto Narinodakı muzeydə delfinlər üzgüçülərə balıqçılara hücum ediblər. Lakin mən hələ suyun içindəyəm, bizim müxtəlif dünyalarımız barədə düşünürəm. Delfinlər böyür-başıma fırlanır bizim bələdçimiz bağırır:”Tez ol, qayığa qayıt!”

Lakin mən qayığa qayıtmaq istəmirəm, bununla da  sənə daha yaxın olduğumu hiss edirəm. Tutqun qəhvəyi suyun içinə baş vurduqca maraq məni bürüdükcə...

Bu gecə yaman zülmətdir, ana! Mən çayın dibinə baş vururam...Mən bir daha tənha qalmaq istəmirəm. Əgər delfinlər bunu edə bilirlərsə, onda mən bunu bacararam. Mən suda olan kimi elə bil onlardan biri oluram. Mən delfinlərin dalınca düşürəm, onlar kimi üzürəm. Mən onlara qarışıram, yüzlərlə, minlərlə delfin kimi olmaq istəyirəm, ana! mən delfin ordusu yaratmaq istəyirəm ki, onlar məni mənim dünyamdan sənin dünyana aparsınlar. Mən öz uşaqlarımın çiyinlərində gələcəyəm, ana!

Səhər ayılanda Amazonun ruhu mənim ağzımdan çıxırdı.

Yenə qayıdıb suya baş vururam, günəş daha görünmür. Mənim ayaqlarım var mən yenə o delfinləri axtarmağa çalışıram. Öz ailəmi görmək üçün bütün günü gözləyə bilmərəm ki! Kimsəyə ehtiyacım var. Mən daha yalqız qala bilmərəm. Ana, bax, delfinlərdən biri mənim qarşımdadır, elə gözəl gözləri var ki! Bilirəm, kabusların ömür həddini yaxşı bilirəm. Amma bu gözəl gözlər mənim xatırladığım sonuncu şeydir. Sən çarpayıda oturmuşdun. Bilirdin ki, bir daha olmayacaqsan. Sən ağlayırdın. Sən rəngini dəyişmişdin. Sənin gözlərinin içinə baxdım o gözlər əbədi olaraq yaddaşımda mənim qorxum kimi qalacaq. Sən komaya düşəndə mən sənin ümidin ola bilmədim, o gün əlimdən heç gəlmədi. Gərək arxa qapını açıb səni gölə sürüyüb gətirəydim. Sən dəyişirdin, sən mənim dünyamı tərk edirdin; sən mənim anlaya bilmədiyim dünyamı tərk edirdin. Ana, xahiş edirəm, yalvarıram, qoy delfinlərdən biri məni sənin yanına aparsın. Tut qollarımdan birini, dart. Nəsə elə, ana, təki burda mənimlə qal.

 

Azərbaycan gündəliyindən

 

Şəhidlər günündə

 

Şəhidlər günündə qara paltarlı adamlar,

ata-analar, bütün ailələr,

atalarının boynunda oturub

kədərli baxışlarını izdihama zilləyən uşaqlar...

Şəhidlər günündə

axışır...

hamı ağır-ağır

Şəhidlər xiyabanına axır-

şəhid məzarlarına qırmızı qərənfillər düzmək üçün,

öz dərdlərinə gül səpmək üçün...

Bu qədər itkini

həqiqətin üzünə çırpmaq ağırdı,

Qorbaçovun qətliamı-

utanmaz əməl adamı!

Ağırdı, çox ağırdı bu qəhər,

Həqiqətdi bu acı kədər!

Görəsən

şəhidlər günündə

Raisa Maksimovna

sevgi oyunlarıyla öyünürdü?

Ya bəlkə hardasa

xeyriyyə işləri barədə düşünürdü?

Yox!

Bu xudbin siyasətçilər

yalnız özlərini düşünürlər!

Hakimiyyətonların gücü,

hər zaman ölkəni istədikləri kimi fırladırlar.

Gizlidi hər zaman niyyətləri,

soyuqqanlı yalanları,

soyuqqanlı xislətləri!

Hörümçək torlarıdı

toxuduqları!

Elə ki gördülər duyuq düşürük,

Zərbə endirirlər,

ölürük biz -

Şəhidlər günündə.

 

Ölmüş canavar ölmüş şair gözləri

 

Gecələrin birində Vilfred

məni bir çardağa gətirdi,

dostunun gülləylə vurub

öldürdüyü

canavarı göstərdi...

Canavar qaraydı, qanlıydı,

üfunət iyi verirdi...

Sonradan

günlərlə mənim gözümə göründü

bu vəhşi azman...

Mən tənha olanda

o da gəlib dururdu

gözlərimin önündə;

dəmir boru götürürdüm

hər zaman əlimdə,

pencəyimin qolunda

gizlədirdim həmişə,

Özümü qorumaqçün

yaman düşmüşdüm işə...

Dəmir borunu mən

hər yana daşıyırdım,

bütün istehka

mlarda

mənim ümidim idi,

O boru Makkenzinin

don vurmuş sularında

mənim köməkçim idi...

Lap bu dəmir parçası

mənim silahım idi-

qorxudan ayaqlarım

əsim-əsim əsəndə

zərbə endirmək üçün

yaxşıca yarayırdı.

O soyuq silah növü

cürətli etmişdi məni,

güc vermişdi mənə....

Canavar səslərindən

daha qorxum yox idi:

Patrik, sən

o dəmir parçasını

qaldırıb var gücünlə

elə vurmalısan ki,

canavar ölməlidir!

 

Mənə yaşlı adamlar

qədim bir rəvayətin

müxtəlif versiyalarını danışmışdılar-

onların canavarla

mifik əlaqəsi var:

Deyirlər,

qədimlərdə

bir azman canavar

bir komaya hücum edib,

orda yatan qadının

başını parçalayıb.

Komaya girəndə onu

heç kim görə bilməyib,

Adamlar

döşəməyə fışqıran qan səsini eşidib,

bir

ağızdan tökülən suyu...

Komadan yanan peçin

gurultusu da gəlib.

O vaxtdan üç il ötüb

İndi mən Bakıdayam,

Bu qədim şəhərdə

oturub

gözlərimi zilləmişəm

Rahib Həsənovun yaratdığı

şair Əlağa Vahidin heykəlinə-

mat qalmışam bu sənət əsərinə.

 

Elə bil şairin beyninin içi görünür-

diqqətlə baxanda

ordan şairin xarakteri

bəlli olur.

Burda Şərq-Qərb

dəyərləri toqquşur,

Ziddiyyətlər öpüşür, coşur...

Burda bir az sərxoşluq,

bir az da çal-çağır var.

Bu sənət əsəri

elə bil

dərinin üstünə qoyulan

süni saç kimidi-

dincəlir.

Bəzi görüntülərdən nifrət hissi yağır,

bəziləri mübahisə doğurur,

əks etdirir qarışıq aləmi,

ya da elə

o qədim rəvayətə

qaytarır adamı...

Bəlkə elə o nağıldakı kimi

daha bir diş götürməyə,

daha bir həmlə etməyə

hazırlaşır?

 

Lakin

 

bu heykəl gözlərdən

təxminən dəli bir adamın baxışları baxır,

məni saatlarla burda yubadıb saxlayır.

Vahid kədərli görünür,

Vahid acıqlı görünür,

onun qana ehtiyacı var...

 

Makkenzi çayının üstündə indi

əlimdə dəmir boruyla yalqız qalanda

mənim gözlərim

onunku kimi olur sanki.

 

Yəqin

 

o çardaqdakı gülləylə öldürülmüş

canavarın gözləri

ölməmişdən qabaq belə olub,

acıqlı, açıq qanlı..

 

Biz hamımız

bədbəxt hadisəylə həyatımızı bitirəndə,

sopsoyuq stolun üstünə qoyurlar bizi...

ayağımızın ucuna

birka taxırlar,

həkimlər beynimizi

sanki mistik bir rəvayət axtarışıyla

yarıb açırlar.

İngilis dilindən çevirəni:


Kamran
Nəzirli

 





26.05.2014    çap et  çap et