525.Az

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırıb


 

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.

525.az-ın xəbərinə görə, bunu “Saudi Press Agency” yayıb.

Bu il Həcc və Ümrə ziyarətinə tam peyvənd olunmuş, yaşı 65-dən aşağı olan şəxslərin gəlməsinə icazə veriləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəticəsini də təqdim etməli olacaqlar.

Fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə tərəfi tərəfindən müəyyən edilir.

 





09.04.2022    çap et  çap et