525.Az

Rusiya 52 ölkə ilə uçuş qadağasını ləğv edib


 

Rusiya 52 ölkə ilə uçuş qadağasını ləğv edib<b style="color:red"></b>

Rusiya koronavirus pandemiyası fonunda daha 52 ölkəyə uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır. 

525.az xəbər verir ki, Rusiya hökumətinin müvafiq qərarını Baş nazir Mixail Mişustin elan edib.

Söhbət Türkiyə, Argentina, Əfqanıstan, Bosniya və Herseqovina, Braziliya, İsrail, Çin və bir sıra ölkələrdən gedir.

Qeyd edək ki, hazırda heç bir Rusiya aviaşirkəti hava trafikinin yeni açıldığı ölkələrə uçuşlar açmaq niyyətində olduğunu açıqlamayıb. Aviaşirkətlər üçün beynəlxalq uçuşların açılması indi də Aİ və ABŞ-ın sanksiyaları fonunda çətindir.

 





09.04.2022    çap et  çap et