525.Az

11 ölkədən olan parlamentarilər Kiyevdə səfərdədir


 

11 ölkədən olan parlamentarilər Kiyevdə səfərdədir<b style="color:red"></b>

Avropalı deputatlar Ukraynaya səfər edib.

APA  "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü, “Ukrayna Naminə Birlik” qeyri-rəsmi assosiasiyasının sədri Andrius Kubilius Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 11 ölkədən 35 parlament üzvü Ukraynaya dəstəyini bəyan etmək üçün Kiyevə gəlib.

"Ukraynaya kömək etmək istəyi hamımızı birləşdirir. Biz sizə təşəkkür etmək istəyirik, çünki bu, Ukraynanın müharibəsi deyil, əslində bu bizim müharibəmizdir və ukraynalılar hazırda bütün dünyanın azadlığı uğrunda mübarizə aparırlar”, - Kubilius bildirib.

Ali Radanın spikeri Ruslan Stefançuk deyib ki, Avropa Parlamentinin deputatları Ukraynaya səfəri zamanı Rusiya qüvvələrindən azad edilmiş Kiyevətrafı qəsəbələrə baş çəkəcəklər.

 





09.04.2022    çap et  çap et