525.Az

Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq


 

Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq<b style="color:red"></b>

Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün 1 milyard avro ayıracaq.

525.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

"Vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə gedəcək", - fon der Lyayen qeyd edib.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

 





09.04.2022    çap et  çap et