525.Az

Fransada prezident seçkilərinə start verilib


 

Fransada prezident seçkilərinə start verilib<b style="color:red"></b>

Paris vaxtı ilə səhər saat 08:00-da (Bakı vaxtı ilə 10:00) Fransada və Qərb yarımkürəsindəki xarici departamentlərdə prezident seçkiləri çərçivəsində 70 minə yaxın seçki məntəqəsi açılıb.

525.az xəbər verir ki, seçkilərdə 12 namizəd, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron, iştirak edir. Onun əsas rəqibi “Milli birlik” partiyasından namizəd, deputat Marin Le Pendir.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.

Respublikada qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə başa çatmamış sorğulardan və ya səsvermə prosesinin qiymətləndirilməsindən hər hansı məlumatın dərci, o cümlədən prezident marafonunun iştirakçılarının bəyanatlarının yayılması qəti qadağandır.

Davam edən COVID-19 pandemiyası ilə əlaqədar seçicilərə qoruyucu maskalar taxmağa və sosial məsafəni qorumalıdırlar. Seçki komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya etmək tapşırılıb.

 

 





10.04.2022    çap et  çap et