525.Az

Respublika Uşaq Kitabxanasında müzakirə


 

Respublika Uşaq Kitabxanasında müzakirə<b style="color:red"></b>

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında TEAS Press Nəşriyyat evinin "Üç alma" uşaq ədəbiyyatı bölməsində nəşr olunan bir sıra kitabların müzakirəsi keçirilib.

525.az "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə TEAS Press Nəşriyyatı haqqında qısa məlumat verilib. Bildirilib ki, nəşriyyatın "3 alma" uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. Bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməkdir.

Söhbət zamanı məktəblilər oxuduqları ingilis uşaq yazarları Kris Oksleydin "Dağlar", "Dərələr", "Vulkanlar", E.Labrekin "Mağaralar", "Adalar" və eləcə də Ancela Roystonun "Dağlarda qida zənciri", "Səhralarda qida zənciri", "Çöllərdə qida zənciri" kitablarını müzakirə ediblər.

Sonra uşaqlara kitablar barədə slayd formatında maraqlı məlumatlar verilib, mövzu üzrə viktorina keçirilib.

Tədbirin keçirilməsində məqsəd uşaqları təbiət haqqında biliklərini zənginləşdirmək, relyef formaları, onların quruluşu, heyvanlar aləmi və onların xüsusiyyətlərilə bağlı məlumatlandırmaqdır.

 





10.04.2022    çap et  çap et