525.Az

Makron prezident seçkilərinin birinci turunda qalib gəlib


 

Makron prezident seçkilərinin birinci turunda qalib gəlib<b style="color:red"></b>

Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O isə 23,15% səs toplayıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də baş tutacaq.

 





11.04.2022    çap et  çap et