525.Az

Tatyanda bir gün


 

Tatyanda bir gün<b style="color:red"></b>

Şair Məmməd Kazım haqda söhbət düşəndə, köhnə kişilərin bir sözünü xatırlayıram: dünyanın düz adamı. 1981-ci ildə mən Azərbaycan Teleradio Verilişləri Komitəsinə ştatdankənar müxbir kimi gələndə, Məmməd Kazım artıq nüfuzu, sözünün kəsəri ilə sayılıb- seçilən qələm sahiblərindən biri idi. Tanrı ona boy- buxun, vüqar əzəmətlə yanaşı, böyük istedad da vermişdi. Elə bu başdan deyim ki, televiziya tarixində çox nadir jurnalistlər olur ki, onlar cəmi bircə verilişi ilə yaddaşlarda iz qoyur. Elə indi hünərsözünü eşidəndə, Məmməd Kazım imzası ilə bütün Azərbaycana səs salanHünərteleviziya verilişi yadıma düşür. İkinci Dünya müharibəsinin pərdəsi arxasında qalan neçə- neçə soydaşımızın, onların qəhrəmanlıqlarının üzə çıxarılmasındaHünərin əvəzsiz xidmətləri olub. Qələbə, təkcə onu qazananların xatirəsi deyil, o, həm onu yaşadanlarındır. MənHünərverilişinə təkrar qayıdacağam, çünki sonralar az- çox bu veriliş üçün mən süjetlər yazmışam. Onda heç ağlıma da gəlməzdi ki, bir vaxtlar bu verilişin yaradıcısı Məmməd Kazımın portretini yazıya köçürəcəyəm. Bu gün bizim Teleradio Verilişləri Şirkətində elə adam yoxdur ki, Məmməd müəllimin adı gələndə, üzündə xoş ifadə yaranmasın. Çünki sözündə əməlində düz olan bu adamın həyat prinsipinin kökündə xeyirxahlıq dayanıb. O, televiziyaya təzə gələn jurnalistlərə həm hami olub, həm müəllim. Mən bu cür nəcibliyin, xeyirxahlığın mahiyyətini Tatyan kəndinin qarşısındakı füruzəyi rəngi ilə işaran sıra dağları görəndə anladım. Bu günəşli may günündə bir qəribə sis tutmuşdu dağları. Məmməd Kazımın yamyaşıl yamacdakı evinin aşağısından axan balaca çayın şırıltısı, bu füruzəyi rəngi örtmək istəyən sisə qarışıb, adamın ruhunu qəribsədirdi. Məmməd müəllimin həyəti xalçaya bənzəyirdi. Yaz bu xalçaya çiçəklərdən min bir rəngdə naxış vurmuşdu. Saçları qar kimi ağappaq 80 yaşlı Məmməd Kazım çəliyinə söykənib, qarşıdakı dağlara baxırdı. Sanki bir anlığla məni unutmuşdu. Yəqin, dünyanın heç bir fotosu bu insan mənzərəsini gördüyüm kimi canlandıra bilməz. Elə məqamlar olur ki, reallıq ruhun hiss etdiyi yüksəkliyə yaxın düşə bilmir. Məmməd müəllimin gözü dağlarda idi, mən isə ona baxırdım. televiziyanın həyətində onu gördüyüm ilk günü xatırlayırdım. Ötəri tanışlığımız olsa da, bu məğrur insanla elə oturub- durmamışdım. Onda şair Məmməd Kazım mənim üçün elə bu dağlar kimi doğma uzaq idi...

20-22 il əvvəl olardı. Yazıçılar ittifaqının qarşısında, o vaxtki 26 Bakı Komissarı bağında yazıçı Rafiq Tağı ilə gəzişirdik. Məmməd Kazımla üz- üzə gələndə, çox sevindik. O vaxt Məmməd müəllim 6-7 il olardı ki, televiziyadan getmişdi. Onun televiziyadan bu gedişi, az qala, bir əfsanəyə çevrilmişdi. Təsəvvür edin ki, o zaman respublikada yeganə televiziya olan AzTV- işləmək çox jurnalistlər üçün əlçatmaz idi. Məhz belə bir vaxtda televiziyanınGənclikredaksiyasınınHərbi- vətənpərvərlikşöbəsinin müdiri olan Məmməd Kazım, çoxlarının qibtə etdiyi bu vəzifədən imtina edib, Masallıya- öz doğma kəndinə qayıtmışdı. RayondaQalaqəzeti təsis etmişdi. Bu ədəbi qəzet bir çox gənc şair yazıçıların tribunası idi. Onda, yadımdadı, biz bir xeyli söhbət etdik. Düzü, o söhbəti bütün təfərrüatı ilə xatırlamasam da, biz Məmməd müəllimdən xoş bir ovqatla ayrıldıq. İndi mən onunla Tatyandakı evinin həyətində dayanıb, bu kiçik ötəri epizodları xatırlayırdıq. İllər bu epizodları tutyaya çevirmişdi. Sonra Məmməd müəllimin ömür- gün yoldaşı Zeynəb xanım bizi çay süfrəsinə dəvət etdi. İkinci mərtəbəyə qalxan pilləkəndə mən Məmməd müəllimin qolundan tutmaq istədim. Razılaşmadı:- özüm qalxacam,- dedi. O, çəliyinə güc verib, ağır- ağır pilləkənləri qalxanda, mən fikirləşirdim ki, doğrudan da, insan həyatda hər şeyi özü qazananda, belə məğrur yenilməz  olur. Çay süfrəsi arxasında söhbətimiz elə düşündüklərimin təsdiqi oldu...

Müharibə başlayanda onun 7 yaşı vardı. Bir çətən külfətini saxlamaq üçün atası İsrafil kişi çox əziyyət çəkirdi. Ailə dolanışıq ucbatından bir kənddən başqasına köçmək məcburiyyətində qalırdı. Taleyin bu ağır sınaqları onun təhsilində öz izini qoyurdu. O, təhsilini başa vurana kimi, bir neçə məktəb dəyişmişdi. Əvvəlcə, rəssam olmaq idi arzusu. Bir dəfə general Həzi Aslanovun portretini çəkib məktəb divarından asmışdı. Bu, o vaxtlar idi ki, ailəyə kömək üçün çox vaxt kolxoz işinə gedirdi. Bir gün kənd ağsaqqalı Həmzəli kişi qonşu məktəbdə dərs deyən Bəylər müəllim onun çəkdiyi portreti görüb heyrətlənirlər. Atası ilə məsləhətləşəndən sonra onu qonşu Yan kəndindəki yeddillik məktəbə aparırlar. Balaca Məmməd hər gün dağ cığırlarını aşaraq, qonşu kəndə dərsə gedir. Əsrarəngiz mənzərələrin içindən uzanıb gedən bu cığırlar onun uşaq qəlbini ovsunlayırdı. Bu ovsunda, isə bir güc vardı- ona bütün çətinlikləri, məhrumiyyətləri unutduran bir güc. Bu ovsunun, bu sehrin adını o, sonralarilk şeirini yazanda biləcəkdi...

Məmməd müəllim - qara fotolara baxır, gözləri yol çəkir. Mənim xəyalımda isə bir vaxtlar onun keçib-getdiyi o dağ cığırları canlanır. O cığırları vaxtın dumanı ağır- ağır örtür.    

40 il ötəcək. O günlərin ağrı-acısı, kədəri 1989- cu ildə Məmməd Kazımın qələmə aldığıÖlümdən keçən uşaqlıqadlı avtobioqrafik oçerkdə öz əksini tapacaq. Qeyd edim ki, bu tale yazısı onunHünəradlandırdığı oçerklər toplusunda yer alıb.

İstəsək , istəməsək , biz keçmişdə qalırıq. Hər keçən an keçmişin insana qədər yaxın olduğunu göstərir. Çünki insanın həqiqi məkanı xatirələridir. Bu -qara şəkillərdə heç artıb-azalmayacaq. Hər varsa, elə olduğu kimi qalacaq. Şəkillərin birində cavan Məmməd Kazım deyib-gülən dostlarının əhatəsindədir. Onların baxışlarında gənclik eşqi, sabaha inam, sevgi, romantika çağlayır. Bəlkə , bu şəkil Məmməd müəllimin ilk şeirlər kitabının çap olunduğu gün çəkilib, bilmirəm. Bir onu bilirəm ki, elə təkcə bu şəklə baxıb, 100 il yaşamaq olar.

Sonra başqa bir şəklə baxıram. Orada yazıçı şair dostlarıyla oxucuların görüşünə gəldiyi an həkk olunub. Qoy, bir insan haqqında yüzlərlə oçerk, kitab yazılsın, filmlər çəkilsin, amma onların heç biri bu -qara şəkillər kimi qəlbimə toxunmur. Düzü, bu -qara zamanın fonunda Məmməd müəllimin tərcümeyihalını bəlli edən arayış xarakterli sözləri, rəqəmləri sadalamaq istəmirəm. Əslində, insanın vaxt, harada anadan olmasının anlamı nədir ki? Əsas onun yer üzündə qoyduğu parlaq izlərdir.

Onun 1966- ildə çapdan çıxanQönçəadlı ilk şeirlər kitabına xeyir-duanı adaşı Məmməd Araz verib. Elə o vaxtdan da bu iki Məmmədin dostluğu pozulmaz olub. Sonra başqa tanınmış Məmmədlərlə dostluq qismətini bölüşüb-Məmməd İsmayıl Məmməd Aslanla. “Xəzər laylası”, “Xatın zəngləri”, “ Taleyim, qismətim”,”Gələrəm görüşünə”, “Peyğəmbər”, “Sahildə ucalan palıd”, “Qarabağım-qara bağrımşeir kitabları, “Leytenant Kərimov onun dostlarıpovesti, “Mirhəsən xanın övladlarıtarixi romanı, “General Həzimənzum dramı Məmməd Kazımın ədəbi xəzinəmizə verdiyi dəyərli töhfələrdir. Bu kitablar haqqında görkəmli söz sahibləriİ.Şıxlı, B.Vahabzadə, Anar, Y.Qarayev yüksək fikirlər söyləyiblər. Amma bütün bu şanşöhrət onun həyatında heç nəyi dəyişməyib. O, həmişə olduğu kimi,  sadə həyat tərzi təvazökarlığı ilə seçilib. Həmişə öz zəhmətinə güvənib. Onun bu xasiyyəti övladlarının da həyat yoluna işıq salıb. Bu ziyalı ailədə altı övlad böyüyüb- dörd oğlan, iki qız. Hamısı da ali təhsil alıb. Hazırda işlədiyi idarələrdə nüfuz sahibidirlər. Məmməd müəllim balalarından çox razılıq edir. Deyir ki, heç biri mənə zərrə qədər əziyyət verməyib, öz güclərinə oxuyub, həyatda layiqli yer tutublar. Mən onları düz böyütmüşəm. Həyat elminin əsas məğzi elə düz yaşamaqdır. Bəxtim onda gətirib ki, həyat yoldaşımla sözümüz həmişə üst-üstə düşüb. Bu, tərbiyədə çox vacibdir.

Söhbətimizin sonunda mən bu yazı üçün ailə arxivindən Məmməd müəllimin bir şəklini seçib götürmək istədim. Qəribədir ki, Zeynəb xanım hər dəfə tez Məmməd Kazımın cavanlıq fotolarından birini tapıb, məni inandırmaq istəyirdi ki, qəzet-jurnal üçün ən yaxşı şəkil budur. Bu mehriban, üzügülər qadının Məmməd Kazımı yenə cavan, şux görmək istəyi məni çox sevindirirdi. Əslində, bu istəkdə zamanı geri qaytarmaq, tutub saxlamaq cəhdi vardı...

Cavanlıqlarında onların Xırdalandakı evləri çox qonaq-qaralı olub. Qohumlar, Məmməd Kazımın qələm dostları bu evə tez- tez yığışardılar. Zeynəb xanım deyir ki, bu ədəbi məclislər bizi yormurdu, əksinə, özüm , balalarım da burda gedən söz-sənət söhbətlərinə bütün varlığımızla diqqət kəsilərdik...

YenəHünər verilişindən söz açırıq. Peyğəmbərimizin sözü yadıma düşür: “Vətəni sevmək imandandır”. “Hünərin tutduğu xətt elə bu həqiqətə söykənirdi. İndi bizim üçün hərbi-vətənpərvərlik mövzusu çox aktualdır. Görünür, Azərbaycanın hərb tarixinin bir parçası kimi yadda qalanHünərin 45 il əvvəl başladığı işin xalqımız üçün qədər vacib olduğunu indi daha yaxşı anlayırıq. Elə bu şərəfli işə çiyin verən Məmməd müəllimin saç- saqqalı ağarıb. Onun ürəyindəki Vətən eşqi, yurd məhəbbəti isə qocalmayıb.

Artıq axşamın nəfəsi duyulurdu. Pəncərənin arxasından isə uzaqda görünən dağlardan qaranlıq yavaş- yavaş aşağı enirdi. Biz sağollaşıb ayrılanda, Məmməd müəllim pilləkənin başında ayaq saxlayıb, sanki mənə yenə nəsə demək istəyirdi. Xəfif bir təbəssüm qonmuşdu üzünə. Toranlığın işartısı içində bu təbəssüm ürəyimə qəribə bir nisgil gətirdi. Ona görə , daha Məmməd müəllimə deyəcəyimi, ondan soruşacağımı kəsdirə bilmədim...

 





26.05.2014    çap et  çap et